Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 546 ədəd minik avtomobili istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 278 ədəd və ya 15,2% azdır.
Cari ilin mayın 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 375 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 286 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-aprel aylarındakı göstərici ilə müqayisədə 253 ədəd və yaxud 8,7 dəfə çoxdur.
Bu ilin mayın 1-nə ölkədə hazır yük avtomobili ehtiyatı 23 ədəd təşkil edib.
Bundan başqa, bu ilin ilk 4 ayında Azərbaycanda 153 ədəd avtobus istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstəriciyə nisbətən 4,8 dəfə çoxdur.
Dövr ərzində ölkədə hazır avtobus ehtiyatı 34 ədəd təşkil edib.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-aprel aylarında 168,4 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı isə 74,5 faiz azalıb.
