Qvardiolanın ayrılıq qərarı "Real"ı hərəkətə keçirdi

İdman Materials 23 May 2026 12:52 (UTC +04:00)
Qvardiolanın ayrılıq qərarı "Real"ı hərəkətə keçirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pep Qvardiolanın "Mançester Siti"dən ayrılacağı açıqlanandan sonra bəzi futbolçular klubu tərk edə bilər.

Trend xəbər verir ki, "Real" Premyer Liqa nəhənginin dörd futbolçusuna "elçi düşüb". Bu barədə "Defensa Central" məlumat yayıb.

Söhbət Rodri, Ticani Reynders, Erlinq Haaland və Yoşko Qvardioldan gedir. "Kral klubu" adıçəkilən oyunçular üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Pep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun sabah "Aston Villa" ilə matçından sonra "Mançester Siti"dən ayrılacaq.

Xəbər lenti

Xəbər lenti