Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron "Lans" və "Nitsa" arasında keçirilən Fransa Kuboku finalından əvvəl fitə basılıb.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Oyun mayın 22-də Parisdəki Stade de Frans stadionunda baş tutub. Makron oyun başlamazdan əvvəl meydana oyunçuları salamlamaq üçün daxil olub. Tribunadakı azarkeşlər onu fitə basıblar. Buna baxmayaraq, o, oyundan əvvəlki protokola uyğun olaraq oyunçuları salamlayıb.
Qeyd olunub ki, Fransa lideri protokol prosedurlarını yerinə yetirmək üçün çox vaxt sərf edib. Nəticədə, oyun gec başlayıb və "Lans"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.
