Bu ilin ilk rübündə Azərbaycanda pensiya və müavinətlər üzrə ödənilən məbləğ artırılıb

Cəmiyyət Materials 23 May 2026 10:14 (UTC +04:00)
Bu ilin ilk rübündə Azərbaycanda pensiya və müavinətlər üzrə ödənilən məbləğ artırılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk üç ayı ərzində Azərbaycanda pensiya və müavinətlər üzrə ödənilən məbləğ artırılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artırılıb. Beləliklə, məbləğ 1 milyard 994 milyon 200 min manata çatdırılıb.

Sərf olunmuş vəsaitin 98,0 faizini pensiya xərcləri təşkil edib.

2026-cı il aprel ayının 1-nə olan məlumata görə, pensiyaçıların 12.5 faizi ailə başçısını itirməyə görə, 22.7 faizi əlilliyə görə, 64.8 faizi isə yaşa görə pensiya ödənişi alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti