Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 23 May 2026 11:10 (UTC +04:00)
Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8,806 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 311,4 min ton və ya 3,4 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 8,784 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 311,7 min ton və ya 3,4% azdır.

Ümumilikdə, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti