Fəxri ad və təqaüd alanların sayı açıqlanıb

Cəmiyyət Materials 23 May 2026 11:27 (UTC +04:00)
Fəxri ad və təqaüd alanların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin aprelin 1-nə olan məlumata görə, müxtəlif kateqoriyadan olan 407,7 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikaya görə, 407672 təqaüdə görə, 4673 nəfər fəxri ada görə ödəniş alıb. Prezident təqaüdü üçün bir nəfərə düşən orta aylıq məbləğ, 164,72 manat, fəxri ada görə 205,09 manat olub.

"Xalq" Fəxri adına görə 238 nəfər aylıq 300 manat, "Əməkdar" Fəxri adına görə 4435 nəfər 200 manat ödəniş alıb.

83 nəfər 20 Yanvar şəhidinin ailəsi üçün isə aylıq 636,75 manat ödəniş edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti