Bakı. Trend:
Bu il Azərbaycanda əhalinin işsizlik məşğulluq göstəriciləri açıqlanıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya görə, 2026-cı il mayın 1-nə olan ilkin məlumatlar göstərir ki, ölkədə
5396,2 min nəfər iqtisadi fəal əhali var. Onlardan 5114,1 min nəfəri məşğul əhalidir.
Cari il aprelin 1-nə olan məlumatlara görə isə muzdla çalışan işçilərin sayı 1797,6 min nəfər olub. Bunlardan 869,5 min nəfər dövlət sektorunda, 928,1 min nəfər isə qeyri-dövlət sektorunda işləyir.
İqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1767,0 min nəfər çalışır.
