Azərbaycanda dizel yanacağı istehsalı artıb

İqtisadiyyat Materials 23 May 2026 13:29 (UTC +04:00)
Azərbaycanda dizel yanacağı istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 782,9 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,5 min ton və ya 7,8% çoxdur.

Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır qazoyllar (dizel yanacağı) ehtiyatı 143,8 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti