Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp tərəfindən qurulan telefon şirkəti "Trump Mobile" qızıl smartfonlar sifariş edən təxminən 27 min insanın şəxsi məlumatlarının sızması ilə bağlı araşdırma başladıb.
Trend xəbər verir ki, potensial alıcıların tam adları, elektron poçt ünvanları və mobil telefon nömrələri internetə sızdırılıb.
Şirkət vəziyyətin ətraflı təhlilini aparmaq üçün müstəqil kibertəhlükəsizlik mütəxəssislərini dərhal işə cəlb edib.
Məlumatların sızması müştərilərin bank kartı məlumatlarına, sosial təminat nömrələrinə zəng və mesaj tarixçəsinə təsir etməyib. "Trump Mobile" rəhbərliyi artıq əlavə rəqəmsal nəzarət tətbiq edib və istifadəçiləri şübhəli elektron poçt və ya zənglər aldıqları təqdirdə ehtiyatlı olmağa çağırıb.
