Bakı.Trend:
Bu ilin yanvar–aprel aylarında Azərbaycandan dünyanın digər ölkələrinə bitumlu süxurlardan əldə olunan 7,923 milyon ton xam neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 4,365 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 198 milyon ABŞ dolları və ya 4,3% , fiziki həcm baxımından isə göstərici 281 min ton və ya 3,4% azalıb.
Bu ilin yanvar–mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin siyahısına İtaliya (4,766 milyon ton – 2,531 milyard dollar) başçılıq edir. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton – 247,8 milyon dollar) və Çexiya (433,1 min ton – 245,7 milyon dollardan çox) qərarlaşıb.
Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları ilə) |
|
İtaliya |
4 766 277.87 |
|
|
Rumıniya |
461 317.25 |
|
|
Çexiya |
433 064.35 |
|
|
Yunanıstan |
284 374.74 |
|
|
Bolqarıstan |
277 990.61 |
|
|
Portuqaliya |
319 393.36 |
|
|
Xorvatiya |
276 342.95 |
|
|
Almaniya |
270 476.00 |
|
|
Tailand |
137 360.18 |
|
|
Tunis |
183 708.58 |
|
|
Digər |
512 780.79 |
Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql müvəqqəti olaraq dayandırılıb.
