Azərbaycanda maye qaz istehsalının həcmi açıqlandı

İqtisadiyyat Materials 23 May 2026 13:18 (UTC +04:00)
Azərbaycanda maye qaz istehsalının həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 min ton və ya 13,5% azdır.

Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır maye qazlar ehtiyatı 2,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti