Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarından Azərbaycan ümumilikdə 2,536 milyard ABŞ dolları dəyərində 8,416 milyard kubmetr təbii qaz (qaz şəklində) ixrac edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon ABŞ dolları (və ya 17,3 faiz) azalıb, həcm baxımından isə 256 milyon kubmetr (və ya 3,1 faiz) artıb.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.
