Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 230,1 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 min ton və ya 9,6% çoxdur.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır sözügedn məhsulların ehtiyatı 60,4 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda 40,2 min ton neft bitumu, 81,6 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 18,3% azalıb, neft koksu istehsalı isə 27,7% artıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.
