Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə D. Tramp "Axios" portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu görüşdə İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul edilməsi nəzərdə tutulur.
ABŞ prezidenti qeyd edib ki, görüşdə vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner iştirak edəcək.
