Konqo Demokratik Respublikasının şərqində Ebola virusuna yoluxan üç Qırmızı Xaç könüllüsü ölüb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər mart ayının sonlarında Konqonun İturi əyalətində morqda işləyərkən yoluxublar. İturi sonradan virusun ən çox yayıldığı ərazilərdən birinə çevrilib. Onlar mayın 5-16-sı arasında ölüblər.
"Həmin vaxt Ebola xəstəliyinin yayılmasına dair heç bir dəlil yox idi", - deyə məlumatda qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu günə qədər Ebola virusuna yoluxma ilə bağlı 750 şübhəli hal və infeksiya ilə əlaqəli ola biləcək 177 ölüm halı var. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu həftənin əvvəlində 82 Ebola virusuna yoluxma və yeddi ölüm hadisəsinin laboratoriyada təsdiqləndiyini açıqlayıb.
