Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar (FOTO)

Siyasət Materials 23 May 2026 15:14 (UTC +04:00)
Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra "Siyasi repressiya qurbanları" muzeyi ziyarət edilib.

Xəbər lenti

Xəbər lenti