Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 23 May 2026 15:43 (UTC +04:00)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

Hesabat dövrü ərzində ən çox sığorta haqları “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanıb – 309,834 milyon manat. İkinci yerdə 149,424 milyon manat həcmində sığorta haqları ilə “Paşa Sığorta”, üçüncü yerdə isə 39,414 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin yanvar-aprel ayları ərzində toplanan sığorta haqları üzrə renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqqları (milyon manat)

"Paşa Həyat Sığorta"

309,834

"Paşa Sığorta"

149,424

"Atəşgah Həyat" Siğorta Şirkəti

39,414

"Atəşgah" Sığorta Şirkəti

21,842

"Qala Sığorta”

16,732

"Aqrar Sığorta"

11,857

"Azərbaycan Sənaye Sığorta"

10,881

"Meqa Həyat Sığorta"

9,634

“Xalq Sığorta” ASC

9,551

"Meqa Sığorta” ASC

9,373

“Qala Həyat"

8,864

"A-Qroup Sığorta Şirkəti"

5,404

"Xalq Həyat" Sığorta Şirkəti

3,788

"AzSığorta"

2,472

"İpək Yolu Sığorta"

1,145

Məqalədə:

Xəbər lenti

Xəbər lenti