Sığorta şirkətlərinin ödənişlərinin məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 23 May 2026 14:50 (UTC +04:00)
Sığorta şirkətlərinin ödənişlərinin məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 304,353 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Hesabat dövründə ən böyük ödəniş həcmi 168,099 milyon manat olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. 52,502 milyon manat ödəniş həcmi ilə ikinci yeri “Paşa Sığorta” ASC, 34,735 milyon manat göstərici ilə üçüncü yeri isə “Atəşgah Həyat” Sığorta Şirkəti" ASC tutub.

2026-cı ilin yanvar-aprel ayları üzrə sığorta ödənişlərinin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinq cədvəlini təqdim edirik:

Şirkətin adı

Məbləğ (Milyon manat)

"Paşa Həyat Sığorta"

168,099

"Paşa Sığorta"

52,502

"Atəşgah Həyat" Sığorta Şirkəti

34,735

"Atəşgah" Sığorta Şirkəti

14,128

"Qala Sığorta"

7,951

"Azərbaycan Sənaye Sığorta"

6,043

"Meqa Sığorta"

5,727

"A-Qroup Sığorta Şirkəti"

4,450

"Xalq Sığorta"

3,335

"Xalq Həyat" Sığorta Şirkəti

2,059

"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1,158

“Qala Həyat”

971

"AzSığorta"

396

"İpək Yolu Sığorta"

0

Məqalədə:

Xəbər lenti

Xəbər lenti