Azərbaycan 244,4 milyon dollarlıq neft məhsulları ixrac edib

Energetika Materials 23 May 2026 13:54 (UTC +04:00)
Azərbaycan 244,4 milyon dollarlıq neft məhsulları ixrac edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 298,5 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları, o cümlədən tərkibində kütlə üzrə 70 faiz və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. İxracın dəyəri 244,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu göstərici dəyər ifadəsində 172,5 milyon ABŞ dolları və ya 3,4 dəfə, fiziki həcm baxımından isə 138,1 min ton və ya 1,9 dəfə artıb.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 2,06 faiz təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti