Bakı. Trend:
İranla danışıqlarda irəliləyiş əldə edilib.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda sizin üçün heç bir xəbərim yoxdur, amma bəlkə də bu gün bir qədər sonra olacaq. Ya da bəlkə də yox. Ümid edirəm ki, xəbər olacaq, amma hələ əmin deyiləm", - deyə o bildirib.
Dövlət katibinin sözlərinə görə, danışıqlar prosesi davam edir və işlər aparılır. O, həmçinin etiraf edib ki, İranla dialoqla bağlı yeni şərhlər bu gün, sabah və ya yaxın bir neçə gün ərzində verilə bilər.
