Füzuli. Trend:
Füzuli rayonunda bədbəxt hadisə baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.
Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd sakini, 77 yaşlı Hacıyev Əlyar Güləhməd oğlu qoyun təsərrüfatı ərazisində atla hərəkətdə olarkən onu ildırım vurub.
Hadisə nəticəsində Əlyar Hacıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
