ABŞ-İran çərçivə sazişi 95% razılaşdırılıb - KİV

Dünya xəbərləri Materials 25 May 2026 02:18 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və İran çərçivə sazişi üzərində 95% razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, Tehran "çərçivə sazişi ilə prinsipcə razılaşıb" və sazişin 95%-i tamamlanıb. "Nüvə arsenalı və Hörmüz boğazı ilə bağlı razılaşmamız var, amma biz sözləri müzakirə edirik", - deyə telekanala adı açıqlanmayan rəsmi şəxs bildirib.

"Biz bu gün və ya sabah müqaviləni imzalamayacağıq", deyə Fox News mənbəsi hesab edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın müqaviləni yekunlaşdırmaq üçün daha beş-yeddi gün vaxt verə bilər.

Xəbər lenti

Xəbər lenti