Dünyada sülhməramlı qüvvələrin sayı 2025-ci ildə kəskin azalıb

Dünya xəbərləri Materials 25 May 2026 08:15 (UTC +04:00)
Dünyada sülhməramlı qüvvələrin sayı 2025-ci ildə kəskin azalıb

Bakı. Trend:

Sülhməramlı əməliyyatlarda iştirak edən beynəlxalq şəxsi heyətin sayı 2025-ci ildə son 25 ilin ən aşağı səviyyəsinə enib.

Trend-in məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilir.

Məlumata görə, 2025-ci il 31 dekabr tarixinə sülhməramlı əməliyyatlarda 78 min 633 nəfər xidmət edib. Bu göstərici 2016-cı illə müqayisədə 49 faiz azalma deməkdir və 2000-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.

Qeyd edilir ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə problemləri çoxtərəfli sülhməramlı missiyaların fəaliyyətinə mənfi təsir göstərir.

Hesabata əsasən, 2025-ci ildə 34 ölkə və ərazidə 58 sülhməramlı missiya fəaliyyət göstərib. Şəxsi heyətin 73 faizi beş əsas missiyada xidmət edib.

Xəbər lenti

Xəbər lenti