Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək - Rubio

Dünya xəbərləri Materials 25 May 2026 04:31 (UTC +04:00)
Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək - Rubio

Bakı. Trend:

Vaşinqton administrasiyası Tehranla danışıqlar yolu ilə məqsədlərinə nail ola bilmədiyi təqdirdə, İrana qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanın “India Today” telekanalına müsahibəsində deyib.

“Prezident Donald Tramp İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bəyan edib. O, buna danışıqlar və diplomatiya yolu ilə nail olmağa üstünlük verir və biz bu imkanlardan maksimum istifadə edəcəyik”, - deyə Dövlət katibi bildirib.

Rubio İrana qarşı mümkün hərbi əməliyyatlara toxunaraq əlavə edib: “Əgər bu cəhdlər nəticə verməsə, Prezidentin belə bir seçimi var. Amma bu, bizim üstünlük verdiyimiz yol deyil. İlk seçimimiz məsələnin danışıqlar yolu ilə həllidir və biz bu istiqamətdə çalışmağa davam edəcəyik”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti