"Tottenhem" İngiltərə Premyer Liqasında qalıb

İdman Materials 24 May 2026 21:30 (UTC +04:00)
"Tottenhem" İngiltərə Premyer Liqasında qalıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasının sonuncu turu çərçivəsində "Tottenhem" "Everton"u 1:0 hesabı ilə məğlub edərək, növbəti mövsüm üçün Premyer Liqadakı yerini qoruyub saxlayıb.

Trend-in məlumatına görə, qolu 43-cü dəqiqədə Joao Palninya vurub.

"Tottenhem" turnir cədvəlində 41 xalla 17-ci yerdə qərarlaşıb və son oyun günündə "Lids"i 3-0 hesabı ilə məğlub edən "Vest Hem"dən iki xal qabaqlayıb. "Vulverhempton" və "Börnli" də İngiltərə Premyer Liqasından düşüblər. Onların yerini gələn mövsüm yüksək liqada "Koventri", "İpsviç" və "Hall Citi" tutacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti