Azərbaycan diplomatı İranda baş verən qəza nəticəsində həlak olub

Gündəm Materials 23 May 2026 22:35 (UTC +04:00)
Azərbaycan diplomatı İranda baş verən qəza nəticəsində həlak olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu yol qəzası nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Məlumata əsasən, hadisə Culfa–Təbriz avtomagistralında, Mərənd qəsəbəsi yaxınlığında qeydə alınıb.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!" - deyə paylaşımda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti