Braziliyada avtobusla yük maşını toqquşub, səkkiz nəfər ölüb

Dünya xəbərləri Materials 25 May 2026 01:55 (UTC +04:00)
Braziliyada avtobusla yük maşını toqquşub, səkkiz nəfər ölüb

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə " CNN Brasil" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, qəza bazar günü səhər tezdən ştatın şimal-şərqindəki Santa-Kruz-de-Salinas bələdiyyəsindəki federal magistral yolda baş verib. Güclü zərbədən sonra avtobus aşıb və hər iki nəqliyyat vasitəsi yanıb.

Regional yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki, bütün ölənlər sərnişin avtobusunda olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti