Bakı. Trend:
ABŞ və İranın tezliklə imzalaya biləcəyi memorandum atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutur.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbəyə istinadən xəbər verib.
Bundan əlavə, İranın bu 60 gün ərzində Hörmüz boğazından gəmilərin tranzitini bərpa etməsi gözlənilir. ABŞ da öz növbəsində bu müddət ərzində İrandan çıxan neft tankerlərini saxlamayacaq.
Plana əsasən, tərəflər əlavə 60 gündən ən ciddi fikir ayrılıqlarının həlli yollarını tapmaq üçün istifadə edəcəklər. Xüsusilə, onlar hələ də İranın nüvə məsələsinə ortaq bir yanaşma tapmalıdırlar.
