Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 24 May 2026 08:51 (UTC +04:00)
Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 1 nəfər yaralanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti