İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 3123 nəfərə çatıb

Dünya xəbərləri Materials 23 May 2026 23:35 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənub və şərqinə zərbələr endirməyə davam edir. Son 24 saat ərzində 12 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Livan Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölən mülki şəxslərin ümumi sayı 3123-ə, yaralananların sayı isə 9506-ya çatıb", - deyə nazirlik bildirib.

Qeyd edilib ki, Nəbatiyə və Tir şəhərlərində xilasetmə qrupları bombardmanlar zamanı dağıdılmış binaların dağıntılarını təmizləməyə davam edir. Qurbanların və yaralananların sayı arta bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti