Qalibaf yenidən İran parlamentinin sədri seçilib

Dünya xəbərləri Materials 25 May 2026 11:13 (UTC +04:00)
Qalibaf yenidən İran parlamentinin sədri seçilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçilib.

Bu barədə Trend İran mediasına istinadən məlumat verib.

Məlumata görə, bu gün parlamentdə keçirilən səsvermədə Qalibaf 12-ci çağırış parlamentində üçüncü dəfə ardıcıl olaraq səsçoxluğu ilə sədr seçilib.

Səsvermədə 270-dən çox deputat iştirak edib. İran parlamentinin 285 deputatı var.

Əlavə edək ki, Məhəmməd Baqir Qalibaf 11-ci çağırış parlamentində də 4 il ardıcıl olaraq sədr seçilib.

Qeyd edək ki, İranda parlament sədri, parlamentin rəyasət heyətinin üzvləri, müxtəlif komitələrin üzvləri illik olaraq deputatlar tərəfindən may ayının sonlarında seçilir.

Xatırladaq ki, İran və ABŞ arasında müzakirələrdə İran nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti