Xüsusi təyinatlılar hərbi vəzifəlilərlə təlim keçdi (FOTO)

Cəmiyyət Materials 25 May 2026 10:14 (UTC +04:00)
Xüsusi təyinatlılar hərbi vəzifəlilərlə təlim keçdi (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti