Bakı. Trend:
6 885 manatlıq 51 kompüter stolu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin balansına verilib.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının balansında olan və hər birinin balans dəyəri 135 manat olmaqla ümumi balans dəyəri 6 885 manat təşkil edən 51 ədəd kompüter stolu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin balansına verilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Bu Sərəncam mayın 20-dən qüvvəyə minib.
Qeyd edək ki, bu Sərəncam imzalanarkən “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” rəhbər tutulub, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müraciətini nəzərə alınıb.
