Bakı. Trend:
Anqolanın şimalında yerləşən Benqo əyalətinin Nambuanqonqo qəsəbəsində yerləşən tərk edilmiş mədəndə uçqun baş verib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyri-qanuni qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 13-ü eyni ailənin üzvü olmaqla 28 nəfərin həyatını itirdiyi qeyd olunub.
Mədəndən yaralı vəziyyətdə çıxarılan 3 nəfər xəstəxanaya çatdırılıb. Mədəndə olduqları müəyyən edilən dah 2 nəfərin isə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
