Azərbaycanda kredit qoyuluşları 32,6 milyard manatı ötüb

İqtisadiyyat Materials 25 May 2026 15:23 (UTC +04:00)
Azərbaycanda kredit qoyuluşları 32,6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,632 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 614,2 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 28,3 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 514,1 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,351 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 100,1 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin mayın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,7 milyard manat və ya 10,7, xarici valyutada qoyulmuş kreditlər isə 5,6 milyon manat və ya 0,1 artıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,594 milyard manatını qısamüddətli, 23,687 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,393 milyard manatını qısamüddətli, 2,958 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti