Bakı. Trend:
Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər üçün elan
etdiyi “Summer Challenge 2026” təcrübə proqramı start verdiyi ilk
gündən tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb.
Gənclərdən gələn çoxsaylı müraciətləri və aktivliyi nəzərə alaraq,
Bank qeydiyyat müddətini uzatmaq qərarına gəlib. Beləliklə,
layihəyə qoşulmaq istəyən gənclər 31 may 2026-cı il tarixinədək
müraciət edə bilərlər.
Xatırladaq ki, 3 ay davam edəcək bu proqram gənclərə müasir
bankçılıq mühitində real iş təcrübəsi qazanmaq, peşəkar
mentorlardan öyrənmək və gələcək karyerasını Yelo komandasının bir
üzvü kimi davam etdirmək şansı verir. İştirakçılar öz bacarıqlarına
uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq,
Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi
və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Proqramda iştirak etmək və bu yayını həm əyləncəli, həm də
karyerası üçün səmərəli keçirmək istəyən namizədlər 3 qısa sualı
cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkməli və
qeydiyyat formasını doldurmalıdırlar. Seçim zamanı özünü səmimi
ifadə edən və tapşırığa yaradıcı yanaşan gənclərə üstünlük
veriləcək.
Bank-ın təqdim etdiyi bu parlaq başlanğıcı qaçırmamaq və "Summer
Challenge" ailəsinə qoşulmaq üçün son tarix 31 maydır. Müraciət
üçün indi tam zamanıdır: https://ylb.az/summerch2026.
Banklarda
vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı!