ABŞ-nin iri neft-qaz şirkətləri Bakı Enerji Forumunda iştirak edəcək

Energetika Materials 25 May 2026 11:53 (UTC +04:00)
ABŞ-nin iri neft-qaz şirkətləri Bakı Enerji Forumunda iştirak edəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin iri neft-qaz şirkətləri Bakı Enerji Forumunda iştiraka maraq göstəriblər və onların tədbirdə fəal iştirakı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva Bakı Enerji Həftəsi və "TransLogistica Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı Enerji Həftəsi 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 14-cü Beynəlxalq "Caspian Power" sərgisini və 31-ci Bakı Enerji Forumunu bir araya gətirir.

“Bu il Bakı Enerji Həftəsində iştirakını 45 ölkədən 274 şirkət təsdiqləyib. Bununla yanaşı, iştirakçıların 35 faizi sərgi və forumda ilk dəfə iştirak edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, Almaniya və Rusiya milli pavilyonlarla təmsil olunacaqlar.

Layihə rəhbəri qeyd edib ki, tədbirin iştirakçıları və sponsorları sırasında ABB, BP, "ExxonMobil", "Nobel Energy", SLB, "TotalEnergies", "Türkiye Petrolleri", "Axpo" və digər beynəlxalq şirkətlər yer alır.

O həmçinin bildirib ki, tədbirin rəsmi bankı PASHA Bank, rəsmi avtomobil sponsoru "Azəri-Yurd", forumun intellektual tərəfdaşı "Boston Consulting Group", məsləhətçi tərəfdaşı isə "Deloitte"dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti