İranda qaz emalı zavodunda partlayış: 3 nəfər yaralanıb

Dünya xəbərləri Materials 25 May 2026 13:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın Cənubi Pars Qaz Şirkətinin 6-cı qaz emalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, bunu İranın Cənubi Pars Qaz Şirkətinin sözçüsü İbrahim Abbasi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları zamanı xəsarət dəyən 6-cı emal zavodunda bərpa işləri zamanı partlayış baş verib. Nəticədə təmir işləri aparan şirkətin 3 əməkdaşı yaralanıb.

Abbasi bildirib ki, yaralılar müalicə üçün dərhal xəstəxanaya aparılıb. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti