“Spartak” futbolçuları Rusiya kubokunu sındırıb (FOTO)

Dünya xəbərləri Materials 25 May 2026 13:31 (UTC +04:00)
“Spartak” futbolçuları Rusiya kubokunu sındırıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Spartak” Moskva futbol klubu mayın 24-də “Krasnodar” üzərində penaltilər seriyasında qələbə qazanaraq Rusiya Kubokunun sahibi olub.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Matç Moskvadakı Lujniki stadionunda keçirilib. Oyunda hesabı “Spartak”ın futbolçusu Pablo Solari açsa da, daha sonra “Krasnodar” hesabı bərabərləşdirib. Oyundan sonrakı penaltilər seriyasında “Spartak” 4:3 hesabı ilə qalib gəlib.

Matçdan sonra “Spartak”ın hücumçusu Pablo Solari qələbəni qeyd edərkən kristal kuboku başı üzərinə qaldırıb. Bu zaman kubokun alt hissəsi qopub, daha sonra isə qapağı sınıb.

“Dostlar, dəhşətli xəbər. Biz kuboku sındırdıq”, – komanda rəsmi hesabında yazıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti