Azərbaycanın bank sektorunun aktivləri artıb

İqtisadiyyat Materials 25 May 2026 14:13 (UTC +04:00)
Azərbaycanın bank sektorunun aktivləri artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin 1 may tarixinə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 356 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin 1 may tarixi ilə müqayisədə 2 milyard 749 milyon manat və ya 5% çoxdur.

Məlumata əsasən, fəaliyyət göstərən bankların ümumi öhdəlikləri 49 milyard 695 milyon manat, balans kapitalı isə 7 milyard 660 milyon manat təşkil edib. Aprel ayında ümumi öhdəliklər 4,3%, balans kapitalı isə 9,7% artıb.

2026-cı il 30 aprel tarixinə olan vəziyyətə görə, fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, bankomatların sayı isə 3 498 olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti