Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib

Hadisə Materials 25 May 2026 13:50 (UTC +04:00)
Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

“Diplomat bu gün Göyçayda dəfn olunacaq”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək vəfat edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti