Aprel ayı ərzində həyata keçirilmiş nağdsız ödənişlərin həcmi açıqlandı

İqtisadiyyat Materials 25 May 2026 15:09 (UTC +04:00)
Aprel ayı ərzində həyata keçirilmiş nağdsız ödənişlərin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayı ərzində Azərbaycanda kartlardan istifadə etməklə nağdsız ölkədaxili ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə kartlardan istifadə etməklə nağdsız daxili ödənişlərin həcmi 16 faiz artıb.

Qeyd olunur ki, həyata keçirilmiş nağdsız ödənişlərin 7,969 milyard manatı elektron ticarətin payına düşür.

"Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib", - deyə məlumatda qeyd olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti