Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 182,1 milyon manat kredit verilib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manat və ya 2,4% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 90,8 milyon manat olub ki, bu da 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 4 milyon manat və ya 4,2% azdır.
Bundan başqa, hesabat dövründə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 milyon manat və ya 50% artaraq 300 milyon manat təşkil edib.
Eyni zamanda fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və ya 2,7% azalaraq 42,6 milyon manat səviyyəsində müəyyənləşib.
