Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 25 May 2026 15:06 (UTC +04:00)
Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

Xəbər lenti

Xəbər lenti