Bakı. Trend:
Bu ilin mayın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 111,592 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 13,3 milyon manat və ya 13,5%, 2025-ci ilin mayın 1-nə olan göstərici ilə müqayisədə isə 24,4 milyon manat və ya 28,8% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,56%-ə bərabər olub.
Eyni zamanda, bu ilin mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,185 milyon manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 257 min manat, yaxud 27,7%, ötən ilin eyni dövrünə nisbətən isə 571 min manat və ya 1,9 dəfə çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,81% təşkil edib.
Qeyd edək ki, bu ilin mayın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 17,642 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 681,5 milyon manat və ya 4%, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 18,8% çoxdur.
