Azərbaycan banklarının kredit portfeli artıb

İqtisadiyyat Materials 25 May 2026 15:17 (UTC +04:00)
Azərbaycan banklarının kredit portfeli artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin 30 aprel tarixinə Azərbaycan banklarının kredit portfeli 1,1 faiz və ya 318,9 milyon manat artaraq 30 milyard 609 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76%-i və ya 37,770.8 mln. manat.

Depozit portfelinin 54.3%-i (20,498.6 mln. manat) hüquqi şəxslərin, 45.7%-i (17,272.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti