Bakı. Trend:
Yol həm də mədəniyyətdir, yollar keçən yerdə inkişaf olur.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov Bakı-Tbilisi qatarı ilə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Tbilisiyə qatarla sərnişindaşımanın başlaması ilə bağlı təəssüratları çox yaxşıdır.
Sabiq sədr əlavə edib ki, bu hadisə ölkənin inkişafını təcəssüm etdirir:
“Hər şey yaxşıdır. Hər şey uğurludur. Ölkəmizin inkişafıdır. İki ölkə arasında müsbət, yeni bir hadisədir. Gözəl qatardır, xalqımıza xeyirli olsun.
Gürcüstan bizim dost və qonşu dövlətimizdir, yaxın qonşumuzdur, çox yaxşı münasibətlərimiz var. Orada bizim soydaşlarımız yaşayır. Onların gedib gəlmək işi asanlaşacaq”.
