Bakı. Trend:
Paris-Kopenhaqen marşrutu ilə uçan “Air France” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi salonda baş verən tüstülənmə ilə əlaqədar Sxiphol aeroportuna (Niderland) məcburi eniş edib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Airbus A220-300” sərnişin təyyarəsinin göyərtəsindən 100-dən çox sərnişin olub. Təyyarə bir saatdan çox səmada olub və insidentin yaşanmasından sonra Qroninqen əyaləti üzərində olarkən dönüş edib və Niderlandda fövqəladə eniş üçün icazə istəyib. Salonda tüstülənmənin yaranma səbəbi araşdırılır.
Aeroportda təyyarənin məcburi enişi ilə əlaqədar yüksək hazırlıq vəziyyəti elan edilib. Eniş zolağına bir neçə yanğınsöndürmə texnikası, o cümlədən təcili tibbi yardım briqadaları və sanaviasiya helikopteri səfərbər olunub.
