Bassiru Diomaye Faye Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 25 May 2026 16:26 (UTC +04:00)
Bassiru Diomaye Faye Prezident İlham Əliyevi təbrik edib

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

Xəbər lenti

Xəbər lenti