Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həmi artıb

İqtisadiyyat Materials 25 May 2026 18:29 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 32,632 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 319 min manat və ya 1%, 2025-ci ilin mayın 1-nə nisbətən isə 2,7 milyard manat və ya 9,1% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 8,2 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 195,7 milyon manat və ya 2,4%, illik müqayisədə isə 847,3 milyon manat və ya 11,6% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,441 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 124 milyon manat və ya 0,6%, ötən illin mayın 1-nə olan göstəriciyə nisbətən isə 1,7 milyard manat və ya 8% çoxdur.

Bundan başqa, bu ilin mayın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 2,023 milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 220,3 milyon manat və ya 12,2% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 25%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 68,8%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6,2%-ni təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti